Ermənistan İstintaq Komitəsi (İK) Tavuş vilayətində dörd kəndin Azərbaycana verilməsinə və sərhədlərin müəyyənləşdirilməsinə qarşı etiraz aksiyasında bir neçə hərbi geyimli şəxsin iştirak etdiyi videonun yayılmasına görə cinayət işi açıb və araşdırma aparır. Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
Aprelin 26-da axşam sərhəddə yerləşən Kirants kəndində etiraz aksiyası keçirilib. Bir sıra erməni KİV-ləri hərbi geyimli insanların etirazçıların yanında dayandığını, onları nizam-intizam çağırmağa cəhd etmədiklərini əks etdirən video yayımlayıb. Ermənistan Müdafiə Nazirliyi videogörüntülərdə çəkilən hərbi geyimli şəxslərin kimliyini müəyyən etmək üçün tədbirlər görəcəyini bildirib.
“İnternetdə yayılan videoları araşdırdıqdan sonra məlum oldu ki, təxminən eyni vaxtda Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir qrup hərbi qulluqçusu etirazçılara qoşulub . Cinayət işi üzrə istintaq qrupu yaradılıb İşin hallarının və işdə iştirak edən şəxslərin dairəsinin aydınlaşdırılması məqsədilə icraat, təxirəsalınmaz istintaq-əməliyyat və digər əməliyyat tədbirləri həyata keçirilir”, – İstintaq Komitəsinin məlumatında deyilir. (Tass)