İyun 20, 2025-10:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

2024:04:27 - 16:13
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Ağcabədi rayonunda olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ağcabədi şəhərində Şəhidlər xiyabanı ziyarət edilib və onların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb.

Səfər çərçivəsində Mətin Kərimli Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşərək fikir mübadiləsi aparıb. Sonra Aparat rəhbəri Ağcabədi şəhəri 8 nömrəli körpələr evi-uşaq bağçasında olub, müsabiqə yolu ilə işə yeni qəbul olunmuş tərbiyəçi-müəllimlərlə görüşüb.

Daha sonra 1 nömrəli tam orta məktəbi ziyarət edən Mətin Kərimli sözügedən təhsil müəssisəsində çalışan, şəhid Akif Abbasovun anası Xanım Mehtiyeva ilə görüşüb və burada dərs prosesində iştirak edib. Bundan əlavə, məktəbin fiziki tərbiyə müəllimi, 44 günlük Vətən müharibəsinin iştirakçısı Elgün Həsənovla da görüş keçirilib, xatirə fotosu çəkdirilib.

Səfər çərçivəsində M.F.Axundov adına Ağcabədi şəhəri 3 nömrəli məktəb-liseydə də olan Mətin Kərimli bu təhsil müəssisəsində STEAM dərsini izləyib, ABŞ-də keçirilən Kopernik Olimpiadasında III yeri qazanan, məktəbin IX sinif şagirdi Səbuhi Səlimli ilə görüşərək ona uğurlar arzulayıb.

Daha sonra Mətin Kərimli Ağcabədi rayonu üzrə təhsil sektorunun inzibati binasına baxış keçirib və əməkdaşların iş şəraiti ilə tanış olub.

Mətin Kərimli ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə də görüşüb. Görüşdə Aparat rəhbəri son illərdə təhsil sahəsində həyata keçirilən islahatlar, müəllimlərin bilik və bacarıqlarının artırılması, eləcə də effektiv kommunikasiyanın əhəmiyyətindən danışıb.

Səfər çərçivəsində Mətin Kərimli, həmçinin vətəndaşları qəbul edib, müraciətlərin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

Əvvəlki Yazı

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb

Növbəti Yazı

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə “Qərbi Azərbaycana qayıdış” olimpiadasında 3371 nəfər iştirak edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.