Türkiyənin Adıyaman şəhərində stansiyada vəzifəsini yerinə yetirən polis həmkarlarına atəş açıb, TGRT Haber xəbər verir.
Hücum nəticəsində azı iki hüquq-mühafizə orqanı əməkdaşı ölüb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Halk TV polis mənbələrinə istinadən xəbər verir ki, atışma nəticəsində iki hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, daha 8 nəfər yaralanıb. Kanalın həmsöhbətləri bildiriblər ki, atəş açan zabit idarənin baş inspektoru ilə mübahisə edib. (Lenta.ru)