Pakistan və İran iki ölkənin sərhəd bölgələrində terrorçu qruplara qarşı sərhəd təhlükəsizliyi səylərini koordinasiya etmək üçün əlaqə zabitləri təyin ediblər. Bu barədə BOL News telekanalı məlumat yayı.
Telekanalın verdiyi məlumata görə, Pakistan Silahlı Qüvvələrinin polkovnik rütbəli nümayəndəsi İranın Sistan və Bəlucistan əyalətinin Zahedan şəhərində yerləşdiriləcək. Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əlaqə zabiti Pakistanın Bəlucistan əyalətinin Turban şəhərində vəzifə yerinə yetirməyə başlayacaq.
Qeyd olunur ki, bu qərar İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın 2024-cü il yanvarın 29-da Pakistana səfəri zamanı verilib. (Tass)