Özbəkistan prezidenti Şavkat Mirziyoyev qısamüddətli məzuniyyətdən qayıdıb. Bu barədə onun mətbuat katibi Şerzod Əsədov məlumat verib.
“Bu gün dövlət başçısı prezidentin müşavirlərinin, bir sıra nazirlik və idarələrin rəhbərlərinin məruzələrini dinləyəcək”, – Əsədov Telegram kanalında yazıb. Mətbuat katibinin sözlərinə görə, “bu həftə prezidentin III Daşkənd Beynəlxalq İnvestisiya Forumunun işində iştirakı da planlaşdırılır”.
Bir həftə əvvəl Əsədov Özbəkistan rəhbərinin aprelin 22-də qısamüddətli məzuniyyətə getdiyini açıqlamışdı. (Tass)