Yanvarın 1-də Dağlıq Qarabağ Respublikasının mövcudluğunu dayandırmaq qərarına baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsi aktual olaraq qalır. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Əlbəttə, bu, aktualdır”, – o, respublikanın süqutu ilə əlaqədar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin aktuallığı ilə bağlı sualı cavablandırarkən deyib. (Tass)