ABŞ dövlət katibi Entoni Blinken və Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud Ər-Riyadda Fələstinin Qəzza zolağı və Rəfah şəhərindəki vəziyyəti müzakirə etmək üçün danışıqlar aparıblar. Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Tərəflər ikitərəfli münasibətlərin və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi yollarını nəzərdən keçirib, həmçinin Qəzza zolağında və Rəfah şəhərində vəziyyətin inkişafını müzakirə edərək, atəşkəs və humanitar yardımın təcili çatdırılmasının vacibliyini vurğulayıblar”, – deyə nazirlikdən bildirilib. bəyanatında deyilir.