NATO-ya üzv ölkələr iyulda alyansın Vaşinqtonda keçiriləcək sammitinə qədər Ukraynanın üzvlük məsələsində razılığa gələ bilməyəcəklər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə elan olunmamış səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.
“Bizim konsensusa ehtiyacımız var, bütün 32 NATO üzvünün razılığa gəlməsi lazımdır, mən düşünmürəm ki, iyulda keçiriləcək sammitə qədər bu razılaşma olacaq, amma biz Ukraynanı NATO-ya yaxınlaşdırdığımızı nümayiş etdirəcəyik”. (Tass)