İyun 17, 2025-20:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və BMT COP29 çərçivəsində yaşıl enerji keçidi üzrə fəaliyyəti müzakirə edib

2024:04:29 - 18:00
in İQTİSADİYYAT
A A
Azərbaycan və BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr nazir Pərviz Şahbazov ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo arasında aparılıb.Görüşdə Azərbaycan və BMTİP uzunmüddətli əməkdaşlıq əlaqələrinin enerji sahəsində inkişafı “yaşıl enerji” texnologiyaları, enerji səmərəliliyindən geniş istifadə, həmçinin BMT qurumun İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik müstəvisində nəzərdən keçirilib və əməkdaşlıq imkanları dəyərləndirilib.Azərbaycanın hazırda bərpa olunan enerji mənbələrinin istehsalı və ixracı, regional “yaşıl enerji” interkonnektorlarının qurulması üzrə həyata keçirdiyi layihələrin icra vəziyyəti, həmçinin enerji səmərəliliyi sahəsində görülən tədbirlərdən bəhs edilib. Azad edilmiş ərazilərin enerji təminatının “yaşıl enerji zonası” konsepsiyasına əsaslandığı, burada istehsal olunan enerjinin daxili istehlakla bərabər ixraca yönəldilməsi ilə bağlı planları qeyd olunub.Söhbət zamanı bələdiyyə, ictimai binalar, məktəblərdə enerji səmərəliliyi aspektində tədbirlərin görülməsi, yeni yaradılmış “Enerji Effektivliyi Fondu”nun fəaliyyəti, bərpa olunan enerjidən istifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması, həmçinin “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması və həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Ölkənin bərpa olunan enerjinin inkişafı istiqamətində həyata keçirdiyi kurs təqdir edilib və BMT-nin inkişaf Proqramının müvafiq istiqamətlərdə əməkdaşlığa hazır olduğu bildirilib.
Əvvəlki Yazı

Cameron HƏMAS-ı Qəzzada “çox səxavətli” atəşkəs təklifini qəbul etməyə çağırıb

Növbəti Yazı

NATO-nun müdafiə nazirləri mayın 16-da Brüsseldə Ukraynaya dəstək məsələsini müzakirə edəcəklər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.