Şiə Hizbullah partiyasının silahlı qanadı Khirbet Maer sərhəd bölgəsində İsrail ordusunun artilleriya bazasına raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə qurumun Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
Məlumata görə, birbaşa zərbə nəticəsində İsrail əsgərləri ölüb və yaralanıb.
Mətndə Yuxarı Qalileydə Metula qəsəbəsi yaxınlığında düşmənin mexanikləşdirilmiş patrul dəstələrinin də atəşə tutulduğu bildirilir. “İslam müqavimət döyüşçüləri bu əməliyyatları düşmən qüvvələrinin Livanın cənubundakı mülki yaşayış məntəqələrinə hücumlarına cavab olaraq həyata keçirib”, – deyə məlumatda bildirilir. (Tass)