Şiə milis Hizbullahının döyüşçüləri Livan ərazisinə endirilən hava hücumlarına cavab olaraq İsrailin şimalındakı Avivim və Dovev kəndlərini atəşə tutublar. Bu barədə qurumun Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
Şiə döyüşçülərinin İsrail hərbçilərinin yaşadığı bir neçə evi vurduğu bildirilir. “Əməliyyat nəticəsində düşmən əsgərləri arasında ölən və yaralananlar olub”, – mətndə qeyd edilir.
Ruveysa əl-Aləm və əl-Bağdadi sərhəd postları yaxınlığında İsrail hərbçilərinin mexanikləşdirilmiş patrulları da atəşə tutulub. Hizbullah döyüşçüləri hərbi maşınları sıradan çıxardıqlarını iddia edirlər. (Tass)