Qəzza zolağında normal həyatın bərpası uzun müddət çəkəcək və bu, onilliklər çəkə bilər. Bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini deyib.
O, İsbeçrənin RTS telekanalına müsahibəsində deyib : “Qəzzanı yenidən yaşayış üçün əlverişli etmək üçün illər, hətta onilliklər lazım olacaq”. Lazzarini anklavın hazırda “xarabalıqlar sahəsi” olduğunu və “İsrail qoşunlarının Qəzza zolağının cənubuna hərbi hücum ehtimalının qaldığını” vurğulayıb. “İnanıram ki, bir çox insan ən kiçik bir fürsətdə Qəzzanı tərk edəcək, Qəzza zolağının yenidən yaşana bir yerə çevrilməsi üçün çoxlu sərmayə və böyük inam, həmçinin fələstinlilərin və israillilərin yaralarının sağalması lazımdır”-UNRWA rəhbəri bildirib.
UNRWA-nın neytrallığı ilə bağlı suala cavab verən Lazzarini əmin edib ki, Qəzzadakı səlahiyyətlilər agentliyin məktəblərdəki tədris fəaliyyətinə və ya ilkin səhiyyə mərkəzinin işinə “heç vaxt müdaxilə etməyiblər”. Baş komissar İsveçrənin yanvar ayında dayandırılmış UNRWA-nın maliyyələşdirilməsini hələ də bərpa etməməsindən təəssüfləndiyini bildirib. “İsveçrə vətəndaşı kimi İsveçrənin bütün dünyaya çatdırdığı siyasi mesajlardan təəccüblənirəm, həm də narahatam”. Lazzarininin sözlərinə görə, indi İsveçrədən başqa, yalnız Böyük Britaniya və ABŞ maliyyələşdirməni bərpa etməyib. (Tass)