Azərbaycanın energetika naziri Pərviz Şahbazov iyunda Vyanada keçiriləcək Qırğızıstan Enerji Forumunda iştirak edəcək.
“Report” xəbər verir ki, bu barədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev “Kabar” agentliyinə müsahibəsində bildirib.
“İyunun 10-11-də Vyanada Qırğızıstan Enerji Forumu keçiriləcək. Bu tədbiri Dünya Bankı və Qırğızıstanın Energetika Nazirliyi təşkil edəcək. Aprelin 25-də Bakıya səfərim zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazovu foruma dəvət etdim. O, forumda iştirakla bağlı razılıq verdi”, – T.İbrayev vurğulayıb.
Onun sözlərinə görə, foruma Qırğızıstanın qonşu dövlətlərinin – Tacikistan, Özbəkistan və Qazaxıstanın energetika nazirləri də dəvət olunub.