İstənilən halda İsrail əsgərləri Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində əməliyyat keçirəcək. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Fələstin anklavında saxlanılan girovların qohumları ilə görüşündə bildirib.
“Bütün məqsədlərə çatana qədər müharibəni dayandıracağımız ideyası belə nəzərə alınmır, biz Rəfaha girəcəyik və orada yerləşən HƏMAS batalyonlarını məhv edəcəyik”. (Tass)