Avqust 19, 2025-1:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəran və Astarada fermerlərə dəstək göstərilib

2024:05:01 - 14:40
in İQTİSADİYYAT
A A
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində növbəti dəfə Lənkəran və Astara rayonlarında aqroturizm təsərrüfatlarının yaradılması istiqamətində işlər görülüb.

“Report” nazirliyə istinadən xəbər verir ki, Lənkəran rayonunun Osaküçə kəndində Mahir Həsənova məxsus “Dağ məskəni” aqroturizm təsərrüfatının yaradılması istiqamətində dəstək göstərilib. Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin nümayəndələri təsərrüfatı ziyarət ediblər.

1 hektar ərazisi olan təsərrüfatda sitrus meyvəçiliyi və tərəvəzçiliklə məşğul olunur, iri və xırda buynuzlu mal-qara, at, toyuq-cücə, qaz, ördək saxlanılır.

Dəstək tədbirləri nəticəsində təsərrüfatda söhbətgah tikilib, 8 nəfərlik masa dəsti, oturacaqlar, soyuducu, dolab, turistlərə xidmət göstərilməsi üçün tələb olunan mətbəx ləvazimatları verilib. Həmçinin təsərrüfatda əl-üz yuma yeri, sanitar qovşaq, su quyusu kimi infrastruktur obyektlərinin tikintisi təmin olunub. Təsərrüfat daxilində piknik etmək istəyən turistlər üçün xüsusi sahə yaradılıb və hər biri 3 ədəd olmaqla taxt, xalça, taxça, dolab, manqal dəsti, hər birinin tutumu 7 litr olan 3 ədəd samovar, dama oyunu dəsti, eyni zamanda uşaqların əylənməsi üçün 2 növdə olmaqla 3 yelləncəklə təmin olunub. Təsərrüfatın müxtəlif sahələri rəngli işıqlarla bəzədilib, ağacların gövdələri dekorativ rəsmlərlə işlənilib.

Təsərrüfatın həyətyanı zonasından istirahət sahəsinə gedən 80 metrlik yol qırma daşlarla bərkidilib və kənar hissələri çay daşları ilə düzəldilib. Eyni zamanda dekorativ görüntü üçün binanın fasad divarı rənglənərək yenilənib.

Astara rayonunun Motlayataq kəndində yerləşən Firuz Teymurova məxsus “Firuzun balı” təsərrüfatına da layihə çərçivəsində dəstək göstərilib. Ərazisi 2 hektar olan təsərrüfatda arıçılıq, bağçılıq, maldarlıqla məşğul olunur. Dəstək tədbirləri nəticəsində təsərrüfatda təndir və sanitar qovşaq bərpa edilib, daş pilləkən tikilib, yelləncəklər, foto stend və rəngli lampalar quraşdırılıb. Qeyd edək ki, təsərrüfat sahibləri “Şəhərdən kəndə” layihəsi çərçivəsində keçirilən “Aqroturizm və sahibkarlıq”, “Aqroturizmdə qonaqpərvərlik, təmizlik və qida işinin təşkili”, “Aqroturizmdə təməl marketinq bilikləri” təlimlərində iştirak ediblər.

“Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 267 təsərrüfat sahibi iştirak edib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 22 təsərrüfatda abadlaşdırma işləri görülüb, müxtəlif avadanlıqlarla təmin edilib.

Əvvəlki Yazı

Şeyxülislam: Azərbaycanın qlobal ideyaları bütün bəşəriyyətin mənafeyinə xidmət edir 01.05.2024 [14:11] A+ A- Şeyxülislam: Azərbaycanın qlobal ideyaları bütün bəşəriyyətin mənafeyinə xidmət edir Bakı, 1 may, AZƏRTAC Dünyanın humanitar ideya mərkəzlərindən biri olan Azərbaycan qlobal məsələlərlə bağlı beynəlxalq əhəmiyyətli zirvə görüşlərinə uğurla ev sahibliyi etməkdədir. Azərbaycanın multikultural dəyərləri təşviq edən qlobal ideyaları bölgənin, həmçinin bütün bəşəriyyətin mənafeyinə xidmət edir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakının ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan dini liderlərin Bakı görüşündə səsləndirib. Şeyxülislam vurğulayıb ki, müxtəlif mədəniyyətlərin bir arada olması Rəbbimizin təqdiridir və bizim bir-birimizi daha yaxşı tanımağımıza xidmət edir. “Bu gün dünyada sabitlik və təhlükəsizliyə qarşı yönəlmiş beynəlxalq terrorizm, ksenofobiya, antisemitizm, xristianofobiya, islamofobiyanın qarşısının alınmasında dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı hər zamankından daha vacibdir. Lakin real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə rastlaşırıq. Təəssüf ki, gərgin geosiyasi amillərlə yanaşı, teopolitik hədəflər gündəmə gətirilir. Halbuki təhlükə dindən deyil, dinin siyasiləşdirilməsindən irəli gəlir”, – deyə QMİ sədri diqqətə çatdırıb.

Növbəti Yazı

Blinken İsraildə etirazçılara müraciət edərək, Qəzzada girovların azad ediləcəyinə inandırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.