İyun 19, 2025-18:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

2024:05:03 - 16:40
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru Botir Usmonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Elçin Babayev ortaq kökə, tarixə malik, qardaş ölkələr olan Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə, o cümlədən təhsil istiqamətində uğurlu və dinamik əməkdaşlığın olduğunu deyib. Rektor qonaqlara 105 yaşlı BDU-nun elmi, tədris fəaliyyəti, beynəlxalq əlaqələri, ixtisasları barədə məlumat verib. Qeyd edib ki, BDU Özbəkistanın müxtəlif ali təhsil ocaqları ilə uğurlu əməkdaşlıq edir. BDU-da kimya, texnologiya, qida təhlükəsizliyi, biotexnologiya istiqamətləri üzrə mühüm tədqiqatlar aparılır. Adıçəkilən sahələr BDU-nun əsas elmi prioritetlərindəndir. Bu baxımdan Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutu ilə əməkdaşlığı iki ölkənin elminə, təhsilinə böyük fayda verə bilər.

Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru Botir Usmanov rəhbərlik etdiyi institut barədə ətraflı məlumat verib. Azərbaycana səfərinin əsas məqsədinin ölkəmizin elmi, təhsili ilə tanışlıq olduğunu bildirən qonaq BDU ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, birgə elmi tədqiqat imkanları, ortaq laboratoriyanın qurulması və digər məsələlər müzakirə edilib.

Əvvəlki Yazı

Ukrayna Silahlı Qüvvələri köhnə təyyarələrlə birlikdə F-16 qırıcılarından istifadə etməyi planlaşdırır

Növbəti Yazı

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.