İyun 15, 2025-21:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

2023:09:30 - 9:59
in HADİSƏ
A A

Lənkəran rayonunun Siyablı, Əşlə, Təngivan və digər kəndlərinin ərazisindəki meşə massivindən ayrı-ayrı vaxtlarda müxtəlif vətəndaşlara məxsus mal-qaranın oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən “Report”a bildirilib ki, daxil olmuş müraciətlər əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməllərini törətməkdə şübhəli bilinən Lerik rayon sakinləri Ələddin Sultanov, qohumu İlkin Sultanov və Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Babayev saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olaraq meşəlik ərazidən ayrı-ayrı vaxtlarda ümumilikdə 17 vətəndaşa məxsus 20 baş iribuynuzlu heyvanı oğurlayıblar. Oğurladıqları mal-qaranı Salyan, Cəlilabad və Masallı rayonlarının ərazisindəki heyvan bazarlarına apararaq orada satıblar. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırma aparılır. Hazırda onların digər analoji cinayət əməllərinin olub-olmadığı araşdırılır.

Əvvəlki Yazı

BƏƏ və Azərbaycan arasında iqlim dəyişmələri barədə əməkdaşlıq müzakirə olunub

Növbəti Yazı

Azərbaycan neftinin qiyməti 100 dollara düşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.