Bəzi fələstinli ailələr İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərq rayonlarını bu məntəqədən təxliyə elan etməsi ilə əlaqədar tərk edirlər. Bu barədə Reuters hadisə şahidlərinə istinadən məlumat yayıb.
“İsrail hərbçiləri Rəfahın şərq kənarındakı sakinlərə, eləcə də Rəfah nəzarət-buraxılış məntəqəsinin qərbində yaşayanlara zəng edir və onlara şəhəri tərk etməyi əmr edir. Bundan sonra nə edəcəyimizi bilmirik, amma mən öz silahımı götürəcəyəm, – Qəzza zolağının sakinlərindən biri Əbu Muhei bildirib.
Fələstinlilər İsrail Müdafiə Qüvvələrinin (IDF) təxliyə bildirişindən sonra şəhərin şərq məhəllələrini tərk etməyə başlayıblar. İsrail hərbçiləri afişalar, mətn mesajları, telefon zəngləri və media vasitəsilə mülki insanları yaxınlıqdakı humanitar bölgələrə köçməyə çağırır. “Reuters”in məlumatına görə, İDF Rəfahdan təxliyə üçün hələ vaxt çərçivəsi təyin etməyib. “Məhdud miqyaslı” təxliyə çərçivəsində 100 minə yaxın insanın şəhərdən çıxarıla biləcəyi təxmin edilir. (Tass)