İyun 18, 2025-0:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayı 4 dəfəyədək artıb

2024:05:07 - 11:03
in İQTİSADİYYAT
A A

Azərbaycanda 2012-ci ildən etibarən qadın sahibkarların sayında 4 dəfəyədək artım müşahidə olunur.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda ümumi sahibkarlar arasında qadınların payı 22.7% təşkil edir.

“2020-ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63.3%-ni təşkil edirdisə, 2021-ci ildə 64.8% və 2022-ci ildə 67.1%-ni təşkil etmişdir”, – Dövlət Komitəsinin sədri vurğulayıb.

O qeyd edib ki, hazırda ölkə ərazisində 17 Qadın Resurs Mərkəzi fəaliyyət göstərir və onların 8336 üzvü var: “Azərbaycanda əsasən qadın sahibkarların kənd təsərrüfatı ilə məşğul olduqlarını nəzərə alaraq (hər 5 fermerdən biri qadındır) kənd yerlərində bütün siyasətlərə gender aspektinin inteqrasiya edilməsi, qərarların qəbul edilməsi proseslərində və rəhbər vəzifələrdə qadınların bərabər iştirakının təmin edilməsi əsas hədəflərdən biridir. Yerlərdə gender siyasətinin təşviqi məqsədilə Dövlət Komitəsi bütün bələdiyyələrdə Gender Komissiyalarının yaradılması üzrə fəaliyyətə başlamışdır”.

Əvvəlki Yazı

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb

Növbəti Yazı

Çəpgözlük mütləq əməliyyat edilməlidirmi?

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.