İyun 20, 2025-0:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

2024:05:07 - 14:40
in SOSİAL
A A

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov və Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru Sergey Usik arasında onlayn formatda görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı muzeyin direktoru Sergey Usik Belarus-Azərbaycan əlaqələrinin dərin köklərindən söz açıb və münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. O, Belarus Mədəniyyət Nazirliyinin fəaliyyətindən bəhs edərək bu günlərdə Azərbaycanda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ölkənin rəsmilərinin təmsil olunduğunu qeyd edib.

Sergey Usik, həmçinin 2024-2025-ci illərdə Belarus Respublikasının tarixində əlamətdar hadisənin gerçəkləşəcəyini, Azərbaycanda 1941-1945-ci illər Belarusun alman faşizmindən azad olunması ilə bağlı qəhrəmancasına həlak olmuş belaruslu yazıçıların xatirəsinə həsr olunacaq sərginin nümayiş olunacağını diqqətə çatdırıb.

İmzalanacaq saziş haqqında da fikirlərini bölüşən muzeyin direktoru vurğulayıb ki, bu genişlənən əməkdaşlıq iki ölkə arasında elmi, ədəbi-mədəni əlaqələrin yaranmasına töhfə olacaq.

Akademik Rafael Hüseynov isə ötən il səfəri zamanı Belarus Milli Kitabxanasında dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş tədbirdə iştirakı, eləcə də Belarus Radio və Televiziyasının rəsmiləri ilə danışıqları haqqında belaruslu həmkarını məlumatlandırıb. O, bu danışıqların hər iki muzeyin gələcək fəaliyyətində mühüm rol oynayacağını, tərcümə mərkəzlərinin yaranması, elmi konfransların, görüşlərin keçirilməsində və əlaqələrin möhkəmlənməsində körpü olacağını qeyd edib.

Rafael Hüseynov kəşfiyyat-təxribat qrupunun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (Mixaylo) haqqında məlumat verib. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının xətti ilə Sloveniyada səfərdə olarkən Nova Qoriça şəhərində Mehdi Hüseynzadənin məzarını ziyarət etdiyini, ona olan böyük xalq sevgisinin şahidi olduğunu və bu ehtiramın nəticəsi olaraq xatirə muzeyinin yaradıldığını qeyd edib.

Sonda iki muzey arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Əvvəlki Yazı

Ukrayna NATO-nun 60 mm-lik minalarının istehsalına başlayıb

Növbəti Yazı

Paşinyan: Ermənistan noyabra qədər Azərbaycanla sülh sazişi imzalamağa hazırdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.