Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya gedib, orada Aİİ-nin Ali İqtisadi Şurasının iclasında iştirak edəcək, həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə gedib”, – deyə məlumatda bildirilir.
Mayın 8-də Moskvada Avrasiya İqtisadi İttifaqının (Aİİ) ali orqanı olan Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. 2024-cü ildə Ermənistan Aİİ-yə sədrlik edəcək. (Tass)