Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.
Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir.