Bundan başqa, Azərbaycan, Qətər, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirakı ilə Konyadakı 3-cü Əsas Jet Baza Komandanlığında “Anadolu Ankası-2024” beynəlxalq təlimi keçirilir.6-17 may tarixini əhatə edən təlimin məqsədi şəxsi heyətin xilasetmə əməliyyatları çərçivəsində komanda və idarəetmə prosesini sınaqdan keçirmək və təkmilləşdirmək, şəxsi heyətin xilasetmə əməliyyat qrupunun ünsürləri ilə döyüş şəraitində digər ölkələrlə qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, həmçinin əməkdaşlıq sahələrini müəyyən etməkdir.Mayın 16-da Türkiyənin Jandarma Baş Komandanlığı və Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə yanaşı, xarici tərəfdaşların da qatılacağı təlimin mətbuat günü keçiriləcək.