Sentyabr 14, 2025-6:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Zeynəb Kazımova: “COP29-a ev sahibliyi etmək Azərbaycana olan böyük ehtiram və dəstəyin göstəricisidir”

2024:05:08 - 16:21
in İQTİSADİYYAT
A A
Bu ilin noyabrında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiram və dəstəyin göstəricisidir.“Report”un məlumatına görə, bu barədə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Mətbuat sektorunun müdiri Zeynab Kazımova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Energy talks” (Enerji söhbətləri) layihəsi üzrə Bakı Slavyan Universitetində (BSU) “Yaşıl enerjiyə keçid” mövzusunda təşkil edilən seminarda bildirib.O, öz növbəsində “Energy talks” layihəsi barədə qısa məlumat verib, bu layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, Azərbaycan Texniki və Sumqayıt Dövlət universitetlərində birgə tədbirlər həyata keçirildiyini qeyd edib.Z. Kazımova “Yaşıl dünya naminə həmrəylik ili” münasibəti ilə ölkəmizdə müxtəlif səviyyələrdə bir sıra tədbirlərin həyata keçirildiyini deyib. O bildirib ki, BSU-da bu əlamətdar il çərçivəsində “Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun təsis olunması diqqətçəkən və maraqlı bir təşəbbüs olub.BSU-nun rektoru Anar Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və bununla əlaqədar olaraq universitetdə müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib. O, eləcə də bu il çərçivəsində yaradılmış “Yaşıl dünya naminə BSU könüllüləri” qrupu barədə məlumat verib və bildirib ki, bu qrup universitetin birinci rəsmi könüllülük hərəkatıdır: “Hədəfimiz ondan ibarətdir ki, il ərzində gənclərimiz “yaşıl dünya” kontekstində maarifləndirməyə öz dəstəklərini versinlər”.O, eyni zamanda, bu il Azərbaycanın dünyanın ən böyük tədbirlərindən olan COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini xatırladıb. A. Nağıyev, həmçinin “Energy Talks” layihəsi çərçivəsində növbəti seminarın BSU-da təşkilinə görə EMTA rəhbərliyinə öz təşəkkürünü bildirib.Tədbirdə AERA-nın fəaliyyəti haqqında qısa videoçarx nümayiş etdirilib. Seminar AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənovun “Elektrik avtomobilləri üçün enerji doldurma xidmətinin tənzimlənməsi” və Energetika Nazirliyi yanında Bərpa Olunan enerji Mənbələri Dövlət Agentliyinın Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyevin “Azərbaycanda yaşıl enerjinin inkişafı” mövzularında təqdimatları ilə davam edib.Tədbirin yekununda maraq doğuran suallar ətrafında geniş sual-cavab sessiyası baş tutub.Xatırladaq ki, tədbirdə AERA-nın, həmçinin BOEMDA mütəxəssisləri, BSU-nun professor-müəllim heyəti, tədqiqatçılar, magistrant və tələbələr, o cümlədən “Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun üzvləri iştirak ediblər.
Əvvəlki Yazı

Estoniya Xarici İşlər Nazirliyi GPS siqnalının müdaxiləsi ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb

Növbəti Yazı

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.