ABŞ prezidenti Co Bayden İsraili tərk edib, keçmiş Amerika lideri Donald Tramp növbəti dinləmələr üçün Nyu York məhkəməsinə gələrkən deyib.
“Baydenin İsrailə etdikləri biabırçılıqdır. Əgər hər hansı yəhudi Co Baydenə səs veribsə, onlar özlərindən utanmalıdırlar. O, İsraili tamamilə tərk edib”, – Tramp jurnalistlərə deyib. Onun açıqlaması Newsmax tərəfindən yayımlanıb.
Bayden mayın 8-də CNN telekanalına müsahibəsində bildirib ki, Qəzza zolağının Rəfah şəhərində böyük hərbi əməliyyat keçiriləcəyi təqdirdə ABŞ İsrailə silah tədarükünü dayandıracaq. (Tass)