İyun 16, 2025-12:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

ADPU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

2024:05:13 - 13:01
in GÜNDƏM
A A

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov son illərdə şöbə tərəfindən təşkil edilən tədbirlərdən danışıb. Həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı universitetdə müxtəlif tədbirlər keçirilir.

Şöbə müdiri Rəşad Sadıqov Ulu Öndər Heydər Əliyevin fenomenal şəxsiyyəti, dahiliyi, uzaqgörən siyasəti, xalqımız üçün misilsiz xidmətləri, onun uğurlu siyasətinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini xüsusilə vurğulayıb.

Daha sonra magistrantlar “Azərbaycan tarixində Heydər Əliyev fenomeni”, “Heydər Əliyev və milli-mənəvi dəyərlər, milli dilimiz”, “Ulu Öndərin elm və təhsil konsepsiyası”, “Multikultural yaşam tərzinin fəlsəfəsini yaradan şəxsiyyət”, “İlham Əliyev – Heydər Əliyev siyasətinin uğurlu davamçısı” mövzularında təqdimatlarla çıxış ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş, eləcə də Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi vaxtı və ondan sonrakı dövrdə səsləndirdiyi tarixi çıxışlarından ibarət videoçarxlar nümayiş olunub.

Əvvəlki Yazı

Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 13 % artıb

Növbəti Yazı

Baş Prokurorluq Əhməd Əhmədovla bağlı ekspertiza rəyini açqılayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.