Azərbaycanın əsas məqsədi İtaliya ilə ticarət əlaqələrinin genişləndirilməsidir.
“Report” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycanla İtaliya arasında ticarət dövriyyənin əsasını neft və qaz sektoru təşkil edir: “İtaliya Azərbaycan üçün ticarət əlaqələri baxımından başlıca ölkələrdəndir”.
T. Hacılı qeyd edib ki, AZPROMO-nun əsas hədəfi ölkənin qeyri-neft sektorunun inkişaf etdirməkdir və bu həftə bu sahədə keçirilən tədbirlərlə çox zəngindir: “Mayın 15-17-də Bakı Ekspo Mərkəzində sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək”.