İyun 16, 2025-19:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

2024:05:14 - 14:27
in SİYASƏT
A A

Ümidvaram ki, Türk dünyasının bütün ölkələrinin parlament nümayəndələrinin Lefkoşada sammitə toplaşacağı gün gələcək.AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev ŞKTR parlamentinin spikeri Zorlu Töre ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.Cavanşir Feyziyev qeyd edib ki, ŞKTR kimi, Azərbaycan da onilliklər ərzində ədalətsizlik və beynəlxalq hüququn böhranı ilə üzləşib.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi bir sıra dövlətlərin və beynəlxalq dairələrin qərəzli mövqeyi ucbatından uzun illərdir ki, icra olunmurdu. Nəticədə, Azərbaycanın səbri tükəndi. Türkiyənin siyasi və mənəvi dəstəyi ilə ədaləti öz gücümüzlə bərpa etmək qərarına gəldik”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, Asiya ilə Avropanın qovşağında yerləşən müasir Azərbaycan türk xalqlarının yaxınlaşması üçün səylər göstərir.

İşçi qrupun rəhbəri xatırladıb ki, bu gün BMT-nin binası qarşısında yeddi türk dövlətinin bayraqları dalğalanır.

Eyni zamanda, Cavanşir Feyziyev Şimali Kiprin geostrateji mövqeyinin Türk dünyası üçün əhəmiyyətinə diqqət çəkib.

Milli Məclisin deputatı deyib: “Azərbaycan bundan sonra da Kiprin türk xalqını dəstəkləmək üçün addımlar atmağa çalışacaq və Lefkoşa ilə Mərkəzi Asiya ölkələri arasında dialoqun dirijoru rolunu oynayacaq”. O, Azərbaycan tərəfinin digər türk dövlətlərini də KKTC ilə parlamentlərarası dostluq qrupları yaratmağa çağıracağını bildirib.

Əvvəlki Yazı

İlham Əliyev: Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib

Növbəti Yazı

Diqqət, bu əlamətlər varsa.. – psixoloq açıqladı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.