İyun 17, 2025-1:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Peşə Təhsil Mərkəzi İsveçrə universiteti ilə əməkdaşlığa başlayır

2024:05:14 - 14:43
in SOSİAL
A A

Azərbaycanda ilk dəfə peşə təhsil sistemində İsveçrə ilə ikili diplom proqramından istifadəyə başlanılır. Bu yenilik İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində tətbiq ediləcək.

AZƏRTAC xəbər verir ki, mayın 14-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə İsveçrənin “SMBS – Swiss Montreux Business School” Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və “SMBS – Swiss Montreux Business School”un qəbul üzrə direktoru Andrew Tasun imzalayıblar.

Memorandumda Peşə Təhsil Mərkəzi ilə “SMBS – Swiss Montreux Business School” arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbələr üçün müvafiq sahələr üzrə Avropa təhsilini distant qaydada əldə etmək imkanının yaradılması, tələbə mübadiləsi, tədris materiallarının təkmilləşdirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub. Bu əməkdaşlıq çərçivəsində informasiya texnologiyaları, strateji menecment, logistika və digər sahələr üzrə tələbələrin İsveçrə təhsilini alması və ikili diplom proqramından faydalanması nəzərdə tutulur. Proqramdan Peşə Təhsil Mərkəzinə 9 illik təhsil bazasından qəbul olan tələbələr faydalana bilərlər.

Qeyd edək ki, “SMBS – Swiss Montreux Business School” tərəfindən təqdim edilən diplom Avropa İttifaqı və Şimali Amerikanın bütün ölkələrində tanınır.

Əvvəlki Yazı

Qərbi Azərbaycan İcması ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıb

Növbəti Yazı

ATƏT-in fəaliyyətdə olan sədrinə Qərbi Azərbaycan İcmasının məktubu təqdim olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.