Avqust 22, 2025-5:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda ilk dəfə saç boyalarının istehsalına başlanılıb

2024:05:14 - 16:20
in İQTİSADİYYAT
A A

Azərbaycanda ilk dəfə olaraq Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkında (YTP) saç boyalarının istehsalına başlanılıb.

YTP-nin rezidenti, Azərbaycanda saç boyası istehsal edən ilk şirkət olan “Azcosmetics Group” MMC-nin direktoru Ulduzə Xanlarova AZƏRTAC-a bildirib ki, hazırda məhsullar “Miss sea” adı altında test rejimində istehsal edilir. Yaxın iki ay ərzində “Lady star” adı altında da məhsul istehsalına başlanılması nəzərdə tutulur.

Boyaların əsas xammalı İtaliyadan idxal edilir, məhsulun qablaşdırılması üçün tələb olunan xammal isə yerli istehsaldır. Hələlik məhsullar tam olaraq qablaşdırılmadığından bazara çıxarılmayıb.

Saç boyalarının MDB dövlətləri, Hindistan və ərəb ölkələrinə də ixrac ediləcəyi gözlənilir. Məhsulun qablaşdırılması prosesi həyata keçirildikdən sonra ixrac ölkələrinə nümunələr göndəriləcək.

Şirkətin əsas hədəfi ay ərzində 1 milyon ədəd saç boyası istehsal etməkdir. U.Xanlarova bildirib ki, bu ilin sentyabr-oktyabr aylarında sifarişlər müəyyən edildikdən sonra istehsal həcmini daha dəqiq müəyyən edə biləcəklər. Şirkət sonrakı mərhələdə saç və üzə qulluq vasitələri (şampunlar, balzamlar, üz kremləri, sabunlar və s.) də istehsal etməyi nəzərdə tutur.

Əvvəlki Yazı

Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Növbəti Yazı

Gənc startapçılara dəstək və inkubasiya rezidentliyinin inkişaf etdirilməsi YTP-nin əsas prioritetlərindəndir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.