Avqust 22, 2025-10:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gənc startapçılara dəstək və inkubasiya rezidentliyinin inkişaf etdirilməsi YTP-nin əsas prioritetlərindəndir

2024:05:14 - 16:40
in SOSİAL
A A

 

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) fəaliyyət istiqamətləri arasında araşdırma əsaslı istehsal, tədqiqat və inkişaf fəaliyyətləri, eləcə də startapların biznes-inkubasiyaya cəlb edilməklə öz ideyalarını inkişaf etdirərək böyümələrində onlara dəstəyin göstərilməsi əsas yerlərdən birini tutur.

Bu barədə AZƏRTAC-a açıqlamasında Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov deyib. O, qeyd edib ki, bu fəaliyyətlərin icrası məqsədilə YTP və Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun birgə həyata keçirdiyi “YTP-nin istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində 2024-cü ildə texnologiya əsaslı startaplar üzrə təlimçilər üçün təlimlərin keçirilməsi planlaşdırılır. Təlim proqramının kurikulumu ABŞ-ın Milli Elm Fondunun innovasiya təlim proqramına əsaslanır. Əsasən biznes-modelin qurulması, müştəri seqmentinin öyrənilməsi və dəyər təklifi istiqamətlərində yerli mütəxəssislərə Koreya təcrübəsinin ötürülməsi nəzərdə tutulur. Təlim proqramına ölkəmizin müxtəlif universitet və texnoparklarında fəaliyyət göstərən mütəxəssislər cəlb ediləcək. Təlimlər Bakıda və Seulda təşkil olunacaq.

YTP, həmçinin Koreya ilə əməkdaşlığın davamı olaraq Azərbaycanda universitet-sənaye əməkdaşlığının gücləndirilməsinə dəstək məqsədilə 2025-2027-ci illər üçün Koreya hökumətinə layihə təqdim etməyi planlaşdırır. Layihə üzrə universitet-sənaye-hökumət arasında yaxşı inkişaf etmiş kommunikasiya, tərəfdaşlıq əlaqələri vasitəsilə innovasiyaları təşviq etmək, əməkdaşlıq yolu ilə əsas innovasiya ekosistemi tərəfdaşları arasında məlumat, resurslar mübadiləsini sürətləndirmək, sənaye üçün innovativ potensialın inkişafını dəstəkləmək, sənayenin tədqiqat və inkişaf proseslərinə inteqrasiyasını asanlaşdırmaq nəzərdə tutulur.

Bundan başqa YTP şirkətdaxili sahibkarlığın inkişaf etdirilməsi və texnogen çirklənmiş ərazilərin bioremediasiya yolu ilə təmizlənməsi istiqamətində müvafiq olaraq KOBİA və Azərbaycan Elm Fondunun qrant müsabiqələrində iştirak edir.

Gənc startapçılara dəstək və inkubasiya rezidentliyinin inkişaf etdirilməsi YTP-nin əsas prioritetlərindəndir. Bu istiqamətdə artıq bir neçə startap üçün YTP ərazisində şərait yaradılması, onların inkubasiya proqramlarına cəlb olunması və gələcəkdə şirkətləşə bilmələri üçün dəstəyin göstərilməsi üzrə işlərə başlanılıb.

Əvvəlki Yazı

Azərbaycanda ilk dəfə saç boyalarının istehsalına başlanılıb

Növbəti Yazı

Vətəndaşyönümlü rəqəmsal həllərin tətbiqində dövlət qurumları tərəfindən yeni addımlar atılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.