Ukrayna prezidenti Vladimir Zelenski yaxın günlərdə ölkə hakimiyyətinin planlaşdırdığı bütün beynəlxalq tədbirləri təxirə salmağı tapşırıb. Bu barədə onun mətbuat katibi Sergey Nikiforov məlumat verib.
“Vladimir Zelenski yaxın günlər üçün planlaşdırılan bütün beynəlxalq tədbirlərin təxirə salınması və yeni tarixlərin işlənib hazırlanması tapşırılıb” – o, Facebook-da yazıb.
Mətbuat katibi Zelenskinin gündəlik görüşünün ilk növbədə Xarkov vilayətindəki vəziyyətə həsr olunduğunu da bildirib. Nikiforovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, bilavasitə regionda hərbi əməliyyatlar aparılan ərazidə yerləşən Aleksandr Sırski prezidentə məruzə edib. (Tass)