Sentyabr 13, 2025-23:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda biznesin müflisləşməsi üzrə təkmilləşmələrə dair Yol Xəritəsi təsdiqlənib

2024:05:15 - 17:00
in İQTİSADİYYAT
A A

Dünya Bankı qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi təsdiqlənib.

“Report” xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Biznesin müflisləşməsi” işçi qrupunun iclasının deyib.

Onun sözlərinə görə, yol xəritəsi Baş nazirin müavini Yaqub Eyyubov tərəfindən dünən təsdiqlənərək, qüvvəyə minib.

Qeyd edək ki, müflisləşmə sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub. Beynəlxalq təcrübə və müasir cağırışlar nəzərə alınmaqla “Müflisləşdirmə və sağlamlaşdırma haqqında” yeni qanun layihəsinin və onun qəbul edilməsi ilə əlaqədarr normativ-hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcəyi nəzərdə tutulub.

Bundan başqa, müflisləşmə sahəsində məhkəmə işlərinə baxılması qaydasının daha da təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilməklə mülki prosessual qanunvericiliyin nəzərdən keçirilməsi və zərurət olduğu halda Mülki Prosessual Məcəlləyə dəyişikliklər ediləcək.

Həmçinin iflas proseduru başlanılmış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların hüquqi şəxslərin dövlət reyestri və vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması məqsədi ilə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarında dəyişikliklə gözlənilir.

Müflisləşmə prosesində olan hüquqi şəxsləri təmsil edən nümayəndələr (vəkillər) üçün müvafiq məlumatların elektron qaydada əldə olunması imkanının yaradılması məqsədilə “Elektron məhkəmə” informasiya sistemi haqqında əsasnamə”yə dəyişikliklər ediləcək.

Əvvəlki Yazı

Azərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə fəaliyyəti gücləndirir

Növbəti Yazı

Azərbaycan məhsulları “Russia Halal Мarket” yarmarkasında təqdim olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.