İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr və pilotsuz uçuş aparatları şiə silahlı qüvvələrinin Hizbullahın böyük forpostunun yerləşdiyi Livanın Nəbi Şit şəhərinin kənarına hücum edib. Bu barədə Al Mayadeen telekanalı məlumat yayıb .
Onun sözlərinə görə, yerüstü hədəflərə 14 raket atılıb. Al Mayadeen qeyd edir ki, onlardan biri üç mərtəbəli binaya çırpılıb, iki mülki şəxs ölüb, daha iki nəfər yaralanıb.
Hücumlar həmçinin şiə döyüşçülərinin Britel, Xreyb və Əl-Teybedəki bazalarına da edilib. Oradan hava hücumlarının nəticələri barədə məlumat verilməyib.
Nəbi Şit Livanın şərqindəki Bekaa vadisində (Baalbekdən 25 km) yerləşir. İsrail Hərbi Hava Qüvvələri sonuncu dəfə martın 26-da bu şəhərə reyd keçirib, o zaman dörd Hizbullah döyüşçüsü öldürülüb. (Tass,)