Sentyabr 15, 2025-13:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan və Belarus şəhərsalma və memarlıq sahəsində memorandum imzalayıb

2024:05:16 - 10:41
in MƏDƏNİYYƏT
A A

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə “Qırmızı Əmək Bayrağı Ordeni Belqosproyekt İnstitutu” ASC arasında “Əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında” Memorandum imzalanıb.

“Report”un komitəyə istinadən verdiyi məlumata görə, sənədi “Azərmemarlayihə” DBLİ-nin direktoru C. Məmmədrzayev və “Belqosproyekt İnstitutu” ASC-nin baş memarı V. Skrobot imzalayıblar.

Memorandumla tərəflər arasında obyektlərin layihələndirilməsinə yönəlmiş tərəfdaşlığın qurulması və uzunmüddətli faydalı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Sənədə əsasən, tərəflər müxtəlif təyinatlı obyektlər üçün konsepsiya və eskiz layihələrinin işlənməsi, hər iki ölkə ərazisindəki obyektlərin layihələndirilməsi, memarlıq və şəhərsalma sahəsində biznes və sosial layihələrin təşviqi, BİM texnologiyalarının tətbiqində təcrübə mübadiləsi, həmçinin mütəxəssislərin hazırlanması məqsədilə təlimlərin keçirilməsi və s. istiqamətlərdə razılığa gəliblər.

Qeyd edək ki, bu, Azərbaycanla Belarus arasında şəhərsalma sahəsində imzalanan ikinci memorandumdur. Sənədin imzalanmasında məqsəd hər iki ölkədə şəhərsalma və memarlıq sahəsinin inkişafına töhfə verməklə qarşılıqlı əməkdaşlığı daha da genişləndirməkdir.

Əvvəlki Yazı

FHN gül mağazasında baş vermiş yanğınla bağlı məlumat yayıb

Növbəti Yazı

AMEA-nın 80 illik yubileyi təntənəli qeyd olunacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.