Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Göygol və Gədəbəydə qanunsuz tikililəri söküb.
Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Göygöl rayonunun Qızılqaya qəsəbəsi və Gədəbəy şəhəri ərazisində vətəndaşlar tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq olaraq Göygöl və Gədəbəy Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.