Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrailin quru əməliyyatına əlavə hərbçilər cəlb olunacaq. Bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
“Rəfəhdə quru əməliyyatına əlavə qüvvələr də qoşulacaq. Artıq ərazidəki bir sıra tunellər dağıdılıb”, – o deyib.
Nazirin açıqlamaları müdafiə departamentinin mətbuat xidməti tərəfindən yayılıb və qeyd edilib ki, Qalant bunları mayın 15-də Rəfah bölgəsindəki qoşunlara səfəri zamanı “əməliyyat vəziyyətini qiymətləndirmək üçün” görüşdən sonra deyib. (Tass)