Slovakiyanın baş naziri Robert Fikoya sui-qəsd zamanı 4 güllə dəyib. Bu barədə Novinky xəbər portalı respublikanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak-a istinadən məlumat yayıb.
Portala görə, “bir güllə mədədən keçib, ikincisi bud oynağına, üçüncüsü isə çiyninə dəyib”. Dördüncü güllə, ilkin məlumatlara görə, baş nazirin ayağına dəyə bilərdi.
Fiko 2006-2010 və 2012-2018-ci illərdə Slovakiyanın baş naziri olub və 2023-cü ilin oktyabrında yenidən hökumətin başçısı olub. O, uzun müddətdir ki, Ukraynadakı vəziyyətlə bağlı Qərb siyasətini tənqid edir, münaqişənin hərbi yolla həllinin olmadığını, Kiyevə silah verilməsinin ancaq insan tələfatına səbəb olduğunu vurğulayıb. (Tass)