Sentyabr 13, 2025-12:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Deputat: Ermənistanın 4 mindən çox itkinimizi məcburi əməyə cəlb etməsinə dair çoxsaylı məlumatlar vardı

2024:05:17 - 13:30
in GÜNDƏM
A A

4 mindən çox itkinimizin ötən əsrin 90-cı illərində Ermənistan tərəfindən məcburi əməyə cəlb edilməsinə dair çoxsaylı məlumatlar var idi, amma biz qlobal miqyasda buna reaksiya görə bilmədik.

APA xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deyib.Deputat bildirib ki, DİN qanunvericiliklə üzərinə qoyulan digər vəzifələr kimi insan alveri ilə də mübarizədə kifayət qədər uğurlu nümunə ortaya qoyub: “Lakin insan alveri qlobal təhdiddir və bir dövlətin daxili məsələsi deyil və olmamalıdır da. Azərbaycan öz üzərinə düşəni edir və qeyd etdiyimiz kimi səmərəli bir nümunə var. Təəssüf ki, bu sferada mövcud olan beynəlxalq təsisatlar əslində fəaliyyətlərində, yaydıqları hesabatlarda səmimi deyil. İnsan hüquqlarının təmini üzrə digər aspektlərdə olduğu kimi insan alveri ilə mübarizə də təəssüf ki, siyasiləşib. Eyni zamanda iri dövlətlər bu mövzunu təzyiq aləti kimi sui-istifadəyə məruz qoymaqdadırlar. Ona görə də açığı, bu sahədə mövcud qlobal mexanizmlər artıq lazımi etimad yarada bilmir. Məsələn, 4 mindən çox itkinimizin ötən əsrin 90-cı illərində Ermənistan tərəfindən məcburi əməyə cəlb edilməsinə dair çoxsaylı məlumatlar var idi, amma biz qlobal miqyasda buna reaksiya görə bilmədik. Bu mənada hesab edirəm ki, elə ən uğurlu normal format Azərbaycan nümunəsidir”.

Əvvəlki Yazı

Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir

Növbəti Yazı

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.