Avropa Şurası (AŞ) üzv ölkələrin süni intellektdən (AI) istifadənin tənzimlənməsinə dair saziş qəbul etdiyini açıqlayıb. Müvafiq sənədi Avropa Şurası Nazirlər Komitəsinin (CMCE) Strasburqda keçirilən iclasının iştirakçıları imzalayıblar.
“Avropa Şurası süni intellekt sistemlərindən istifadədə insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə hörmətin təmin edilməsinə yönəlmiş ilk hüquqi qüvvəyə malik beynəlxalq müqaviləni qəbul etmişdir. Müqavilə süni intellekt sistemlərinin bütün ömrü boyu tətbiq olunan hüquqi bazanısını müəyyən edir və bu sistemlərin yarada biləcəyi riskləri nəzərə alır və məsuliyyətli innovasiyaların inkişafına kömək edir”, – təşkilatın mətbuat xidməti tərəfindən yayılan sənəddə deyilir. (Tass)