Hindistan Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin ÇXR-ə səfərini qiymətləndirməkdən imtina edib. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisvalın deyib ki, bu məsələ Moskva ilə Pekin arasındakı münasibətlərə aiddir.
“Rusiya prezidentinin səfəri ilə bağlı suala gəlincə, bu, Rusiya ilə Çin arasındakı münasibətlərə aiddir”, – Caisval brifinq zamanı TASS-ın sualını cavablandırıb.