ABŞ peykləri mümkün hücumlardan qorumaq və digər ölkələrin kosmik gəmilərini sıradan çıxarmaq üçün yeni nəsil vasitələri hazırlamağı planlaşdırır. Bu barədə “The New York Times” Pentaqon rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Birləşmiş Ştatlar bundan sonra rabitə, naviqasiya və təhdidləri izləmək üçün hərbi peyklərə etibar etməyəcək. Pentaqon peyk şəbəkəsini hücumlardan qoruyacaq və “düşmən kosmik gəmisini” sıradan çıxaracaq “yeni nəsil yer və kosmos alətləri əldə etməyə çalışır”.
Bundan əvvəl Rusiya BMT Təhlükəsizlik Şurasında (TŞ) veto hüququndan istifadə edərək , kosmosda nüvə silahının yerləşdirilməməsinə dair ABŞ və Yaponiyanın hazırladığı qətnamə layihəsini bloklayıb. BMT Təhlükəsizlik Şurasının 15 ölkəsindən 13-ü qətnamənin lehinə səs verib. (Tass)