İsrailin baş naziri Benyamin Netanyahu 2023-cü ilin payızında Fələstin-İsrail münaqişəsi kəskinləşməyə başlayandan bəri İsrail təhlükəsizlik və kəşfiyyat rəhbərlərinin Amerika rəsmiləri və qanunvericiləri ilə görüşməsinə dəfələrlə qadağa qoyub. Bu barədə Axios portalı məlumat yayıb.
Mənbələrinin bildirdiyinə görə, Netanyahu öz hökumətinin hərbi strategiya ilə bağlı dərin fikir ayrılıqlarının olduğu və ABŞ-la münasibətlərin getdikcə gərginləşdiyi bir vaxtda amerikalı siyasətçilərin və diplomatların İsraildən aldıqları məlumatlara nəzarət etməyə çalışır. Belə ki, baş nazir Mossad kəşfiyyatının rəhbəri David Barneanın üç həftə əvvəl İsrailə gəldiyi zaman Senatın Seçilmiş Kəşfiyyat Komitəsində yüksək vəzifəli respublikaçı Marko Rubio (R-Fla.) ilə əlaqə saxlamasını qadağan edib. Bununla belə, baş nazir özü senatorla görüş keçirib. Portal qeyd edib ki, Amerika rəsmiləri və İsraildə Netanyahunu tənqid edən bəzi şəxslər hökumət başçısının bu hərəkətlərini İsrail kəşfiyyat və təhlükəsizlik xidmətlərinə qarşı artan şübhənin əlaməti kimi qiymətləndiriblər. (Tass)