İraq Azərbaycanla sərhəd yaxınlığında çətin eniş edən İran prezidenti İbrahim Rəisinin helikopterinin axtarışı üçün 4 xilasetmə qrupu yaradıb. Bu barədə İraq Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
“İraq Qızıl Aypara Cəmiyyəti İran prezidentinin helikopterinin axtarışına kömək etmək üçün İrana uçacaq 20 nəfərdən ibarət 4 axtarış-xilasetmə qrupu hazırlayıb”, – deyə cəmiyyətin açıqlamasında bildirilir. Qeyd olunur ki, qruplar “axtarış işləri üçün bütün lazımi avadanlıqlarla təchiz olunub”. (Tass)