İbrahim Rəisinin Amerika vertolyotunun qəzaya uğraması nəticəsində ölümündən sonra bütün gözlərin çevrildiyi ABŞ-da diqqətçəkən bir iddia ortaya atıldı.
Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Miller mətbuata verdiyi açıqlamada, Rəisi və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da daxil olduğu nümayəndə heyətinin helikopterinin qəzaya uğramasından sonra Tehran rəhbərliyinin ABŞ-dan kömək istədiyini, lakin bu barədə ətraflı məlumat verə bilməyəcəyini qeyd edib.
Qarşı tərəfə “bu vəziyyətdə istənilən hökuməti” dəstəkləməyə hazır olduqlarını çatdırdıqlarını ifadə edən Miller, “Ancaq nəticədə, böyük ölçüdə logistik səbəblərdən bu yardımı verə bilmədik” deyib.
Digər tərəfdən; Lideri və onun nümayəndə heyətini daşıyarkən qəzaya uğrayan Bell 212 helikopteri 1979-cu ildə İslam İnqilabından əvvəl ABŞ-ın İrana verdiyi helikopterlərdəndir. Bildirilir ki, İran embarqoya görə ABŞ mənşəli silah və nəqliyyat vasitələri üçün texniki xidmət və ehtiyat hissələri çatışmazlığı yaşayır. (Haberler.com)