Sentyabr 14, 2025-3:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib 

2024:05:21 - 18:04
in MƏDƏNİYYƏT
A A

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi ilə Şirvanşahlar Sarayı Kompleksində Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksində ziyarətçilərə təqdim olunan “Xəzinə” muzey ekspozisiyasının ölkəmizin qədim zərgərlik ənənələrinin və numizmatika irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, bir çoxu ilk dəfə nümayiş olunacaq nümunələrin antik dövrdən XX əsrə qədər böyük bir zamanı əhatə etdiyini bildirib. Sərgilənəcək 100 yaxın eksponatların maddi-mədəni irsimizin daşıyıcısı olduğunu, onlardan ən dəyərlisinin isə eramızdan əvvəl II minilliyə aid tunc kəmər olduğunu söyləyib. Sərgidə, həmçinin müasir numizmatika nümunələri də var.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov isə ölkəmizdə milli zərgərlik sənətimizə həsr olunmuş muzey ekspozisiyasının ilk dəfə yaradılmasına diqqət çəkib. Tarixi qala divarları ilə əhatə olunmuş əsrarəngiz İçərişəhərdə qədim dövrlərdə ərsəyə gətirilmiş zərgərlik məmulatları və pul nişanları ilə yanaşı, müasir dövlətimizin iqtisadi qüdrətinin göstəricilərindən biri hesab edilən, ən yeni texnologiyalar əsasında istehsal edilən sikkələrin vahid ekspozisiyada nümayiş etdirildiyini bildirib. QSC sədrinin sözlərinə görə, bu, bir tərəfdən, milli-mədəni dəyərlərimizə hörmət və ehtiramı, digər tərəfdən, keçmiş dövrlərdən formalaşmış milli zərgərlik ənənələrimizin yaşadılması və təbliğinə verdiyimiz önəmi özündə ehtiva edir.

Zakir İbrahimov “Xəzinə” muzey ekspozisiyasının həm vətəndaşlarımızın, həm də ölkəmizə səfər edən xarici qonaqların daim ziyarət etdiyi turistik obyektlərdən birinə çevriləcəyinə, nümayiş etdirilən eksponatların isə ziyarətçilərin böyük marağına səbəb olacağına əminliyinə ifadə edib.

Tədbir çərçivəsində, həmçinin “AzerGold” QSC-nin İçərişəhərə həsr etdiyi qızıl sikkə kolleksiyasının təqdimatı olub.

Qeyd edək ki, “İçərişəhər” qızıl sikkə nümunəsində təkcə paytaxt Bakının deyil, ümumilikdə Azərbaycan memarlığının inciləri hesab edilən Şirvanşahlar Sarayı, Qız Qalası, Şah məscidi, Qoşa Qala qapıları, eləcə də İçərişəhərin memarlıq ansamblına daxil olan digər abidələr öz əksini tapıb.

Sonra tədbir iştirakçıları “Xəzinə” muzey ekspozisiyasında sərgilənən zərgərlik sənəti və zəngin numizmatika nümunələri ilə tanış olublar.

Əvvəlki Yazı

“Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib

Növbəti Yazı

Ermənistan müxalifəti mayın 26-da mitinq elan edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.