Nigeriya polisi yaraqlılar tərəfindən paytaxtın ətrafında oğurlanmış 22 nəfəri azad edib. Bu barədə Reuters xəbər yayıb.
Abuca polisinin sözçüsü Josephine Adeh agentliyə bildirib ki, adam oğurluğu barədə yerli sakin məlumat verib, bundan sonra polis yaraqlıları pusquya salıb. “Bu, şiddətli atışmalara səbəb oldu, bu zaman yaraqlılar qaçıb və oğurlananlar sərbəst buraxılıb” deyib.
Nigeriyada fidyə qarşılığında adam oğurluğu geniş yayılıb, silahlı dəstələr ucqar ərazilərdə, magistral yollarda və məktəblərdə insanlara hücum edir. (Tass)