Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanması bütün Cənubi Qafqaz üçün müsbət nəticələr verəcək. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında deyib.
O, mayın 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların davam etdirilməsi ilə bağlı əldə olunmuş razılaşmaları alqışlayaraq, Türkiyənin Azərbaycan tərəfini bundan sonra da dəstəkləyəcəyini qeyd edib.
“TRT Haber ” telekanalı türkiyəli nazirin sözlərini sitat gətirib : “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması təkcə iki ölkə üçün deyil, bütün region üçün müsbət nəticələr verəcək”.
Bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə mayın 20-də baş tutan telefon danışığında Bakı ilə İrəvan arasında sülh prosesinin gedişatını müsbət qiymətləndirib. (Tass)