Sentyabr 13, 2025-15:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Goranboyda KOB dostu fəaliyyətə başlayıb

2024:05:23 - 13:02
in İQTİSADİYYAT
A A

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə sayca 5-ci KOB dostu ofisi Goranboyda fəaliyyətə başlayıb.

“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, bu barədə KOBİA-nın sahibkarlarla Goranboy rayonunda keçirilən növbəti görüşündə bildirilib.

Məlumata görə, Goranboy Mədəniyyət Mərkəzində fəaliyyət göstərən KOB dostu ofisi ilə tanışlıq zamanı qeyd edilib ki, bu ölkə üzrə sayca 51-ci KOB dostu ofisidir.

Regionda Goranboyla yanaşı, Gəncə, Daşkəsən, Göygöl və Samuxda da KOB dostu ofisləri fəaliyyət göstərir. KOB dostları Agentliyin yerlərdə fəaliyyətinin səmərəli təşkilində, sahibkarların ehtiyaclarının yerində müəyyənləşdirilməsində və müvafiq tədbirlərin görülməsində əhəmiyyətli rol oynayır.

KOB dostu Goranboyda və ətraf rayonlarda biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. Yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi və onların investisiya təşəbbüslərinin reallaşdırılması KOB dostunun başlıca fəaliyyət istiqamətlərindən olacaq. Sahibkarlarla fərdi və qrup halında görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi, dövlət qurumlarının iştirakı ilə tədbirlərin təşkili məqsədilə KOB dostu ofisində lazımi şərait yaradılıb.

Tədbirdə iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev sahibkarları və biznesə başlamaq istəyən vətəndaşları KOB dostu ilə fəal əməkdaşlığa dəvət ediblər.

130-a yaxın sahibkarın iştirak etdiyi görüşdə KOBİA əməkdaşları sahibkarların təkliflərini dinləyib, suallarını cavablandırıblar.

Əvvəlki Yazı

Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Növbəti Yazı

Şri-Lankada prezident seçkilərinin vaxtı iyul-avqust aylarında açıqlanacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.