Şri-Lankada prezident seçkiləri konstitusiyaya uyğun olaraq 2024-cü ildə keçiriləcək və onun tarixi iyulun sonu və ya avqustun əvvəlində elan ediləcək. Bu barədə Şri-Lanka Prezidenti Ranil Vikramasinqe hökumətin iclasında bildirib.
“Parlament seçkiləri ölkənin yeni prezidentinin seçilməsindən əvvəl olmayacaq”, – deyə The Island qəzeti yazır.
Bundan əvvəl Seçki Komissiyası bu il prezident seçkilərinin sentyabrın 17-dən oktyabrın 16-dək keçiriləcəyini açıqlamışdı.
Qarşıdan gələn seçkilərdə üç namizədin mübarizə aparacağı gözlənilir. Vikramasinqedən başqa, müxalif Vahid Xalq Gücü (UPP) partiyasının lideri Sajith Premadasa və Milli Xalq Gücü (NPP) siyasi alyansının rəhbəri Anura Kumara Dissanayake də dövlət başçısı postuna iddialı olacaqlar.
(Tass)